BAKI, 24 fevral - Sputnik. Rusiya prezidenti Vladimir Putin İran tərəfinin təşəbbüsü ilə İran prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Vladimir Putin beynəlxalq hüquq normalarına və DXR və LXR ilə dostluq və qarşılıqlı yardım müqavilələrindən irəli gələn öhdəliklərə uyğun olaraq Donbass respublikalarının mülki əhalisinin müdafiəsi üçün xüsusi hərbi əməliyyat keçirmək qərarı kontekstində Ukrayna ətrafında vəziyyətin inkişafı barədə məlumat verib.
İran prezidenti öz növbəsində ABŞ və NATO-nun sabitliyi pozan hərəkətləri ilə bağlı Rusiyanın təhlükəsizlik narahatlıqlarını başa düşdüyünü bildirib.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) qorunub saxlanılması və tam həyata keçirilməsi üçün diplomatik səylərlə bağlı məsələlərə baxılıb.
Qeyd olunub ki, JCPOA üzrə yekun razılaşmanın əldə olunması regional sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verəcək.
Yanvarın 19-da Moskvada keçirilən Rusiya-İran sammitinin yekunları nəzərə alınaraq, müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi niyyəti təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.