BAKI, 24 fevral - Sputnik. Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.
23.02.22, 08:44
***
Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
***
Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.
Qarabağda yenə silahlar danışır: ermənilər mövqelərimizi atəşə tutublar
19.02.22, 17:45
Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.
----------
09:42
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən bildirilib ki, ermənilərin yaydıqları bu məlumatlar həqiqəti əks etdirmir.
"Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - MN-dan qeyd olunub.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.