DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu həmvətənlərimizə müraciət edib

Vəziyyət dəyişdikcə Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu əlavə informasiya verəcək.
Sputnik
BAKI, 24 fevral - Sputnik. Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Ukraynada vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq həmvətənlərimizə müraciət edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir.
Müraciətdə deyilir:
“Azərbaycanın fəxri konsulluğu həmvətənlərimizi silahlı qüvvələrin cəmləşdiyi rayonlara getməməyə və hərbi obyektlərdən uzaq olmağa çağırır. Vətəndaşlarımızın evdə və ya təhlükəsiz yerlərdə qalmalarını, habelə zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edirik.
Xüsusi hallarda Azərbaycan vətəndaşları +380 (73) 5050000 nömrəli telefonla və kiev@mission.mfa.gov.az ünvanlı elektron poçt vasitəsilə Azərbaycanın Kiyevdəki səfirliyinə müraciət edə bilərlər.
Kömək üçün +380 (57) 7000531 nömrəli telefonla və ya info.azconsulate@gmail.com ünvanlı elektron poçt vasitəsilə Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna da müraciət etmək olar.
Vəziyyət dəyişdikcə Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu əlavə informasiya verəcək.
Hazırda Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun bütün əməkdaşları iş yerlərindədir. Biz vəziyyətin dəyişməsini diqqətlə izləyir və eyni zamanda bizim vətəndaşların Xarkovdan necə təxliyə edilə biləcəyini aydınlaşdırmağa çalışırıq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.