BAKI, 24 fevral — Sputnik. Azərbaycanın hüquq-mühafizə orqanları odlu silahları saxlamaqda, satmaqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
Bildirilib ki, 40 yaşlı Tale İbrahimov qanunsuz odlu silahları saxlamaqda, satmaqda təqsirləndirilir.
Onun saxlanılması üçün "qırmızı bülleten"lə İnterpola müraciət edilib.
Azərbaycan məhkəmələri tərəfindən Tale İbrahimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.