BAKI, 24 fevral — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Həmin müddət təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi "Buta Airways" bugünkü Bakı-Həştərxan reysini ləğv edib.
Bildirilir ki, Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysi ləğv edilib.
"Rosaviasiya"nın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.
Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: