SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya ilə hərbi-siyasi müttəfiqlik: Moskvada Müttəfiqlik Bəyannaməsi niyə imzalandı?

Hərbi ekspert Yuri Lyamin qeyd edib ki, söhbətin hərbi ittifaqdan deyil, məhz qarşılıqlı müttəfiqlik fəaliyyətindən getdiyini anlamaq lazımdır.
Sputnik
BAKI, 23 fevral — Sputnik. 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb.
Sputnik Azərbaycan Müttəfiqlik Bəyannaməsi ilə bağlı politoloq İlqar Vəlizadənin və hərbi ekspert Yuri Lyaminin fikirlərini öyrənib.
Politoloq İlqar Vəlizadə bildirib ki, Bakı və Moskvanın qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında sənədi imzalanması gözlənilməz deyildi: "Prezident Əliyev hələ Yeni il müraciətində Azərbaycan-Rusiya münasibətlərinin yeni, daha yüksək səviyyəyə çatdırılması planları barədə danışmışdı. İmzalanmış sənəd həssas Cənubi Qafqaz regionunu təhlükəsizlik məsələlərinin həllində bütövlükdə yeni səviyyəyə qaldırmağa kömək edəcək".
Politoloq qeyd edib ki, bu gün Bakı və Moskva arasında etibarlı münasibətlər qurulub: "Bu Ermənistanla Azərbaycanın qarşılıqlı fəaliyyətində münaqişə məsələsini tamamilə qapatmağa imkan verir. Bu iki ölkə arasında imzalanmış bəyannamənin əsas və prinsipial məqamıdır".
Hərbi ekspert Yuri Lyamin isə imzalanmış bəyannamədə nəzərdə tutulan qarşılıqlı hərbi dəstək bəndi barədə fikirlərini bildirib. O qeyd edib ki, söhbətin hərbi ittifaqdan deyil, məhz qarşılıqlı müttəfiqlik fəaliyyətindən getdiyini anlamaq lazımdır.
Ekspert sənədin belə tərtibatının sadəcə hərbi, hərbi-texniki sahədə və təhlükəsizlik məsələlərində daha geniş əməkdaşlığa yol açdığını deyib: "Bəyannamə həmçinin BMT nizamnaməsi və digər sazişlər əsasında qarşılıqlı hərbi köməyin mümkünlüyünü ifadə edir. Lakin sənəd hərbi ittifaqlarda olduğu kimi ölkələri hər hansı qəti öhdəliklərlə məhdudlaşdırmır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Vladimir Putin və İlham Əliyev mətbuata bəyanatlar veriblər