BAKI, 23 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22-23 fevral tarixlərində Rusiya Federasiyasına rəsmi səfəri olub. Azərbaycan Prezidentinin Rusiyaya səfər proqramının mərkəz hissəsi iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Rusiya arasında müttəfiqlik Bəyannaməsinin məzmununu şərh edərkən bildirib ki, iki ölkə arasında çox geniş müqavilə-hüquqi baza mövcuddur, 245 sənəd imzalanıb. Ancaq onun fikrincə, bu Bəyannamə "xüsusi əhəmiyyət kəsb edir, o, bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırır. Bəyannamə üzərində praktiki iş bir il əvvəl başlanılıb və bu müddət ərzində ölkələrimizin ekspertləri 43 bənddən ibarət və fəaliyyətimizin, demək olar ki, bütün əsas sahələrini əhatə edən çox geniş sənəd tərtib ediblər".
Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin ikitərəfli münasibətlərin gələcək inkişafına necə təsir edəcəyi barədə fevralın 24-də saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransda tanınmış azərbaycanlı politoloq Sahil İsgəndərov məlumat verəcək.
Tədbir iştirakçısına suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.