MƏDƏNİYYƏT

Daha bir xalq artisti vəfat edib -VİDEO

1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.
Sputnik
BAKI, 23 fevral — Sputnik. Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov 84 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan Kamil Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısı olub.
1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.
O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.
Allah rəhmət eləsin!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.