HADİSƏ

Bakı-Qazax yolunda qəzada xəsarət alanların kimliyi bilindi - FOTO

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində səkkiz nəfər xəsarət alıb
Sputnik
BAKI, 23 fevral — Sputnik. Bakı-Qazax yolunda mikroavtobus qəzasında yaralananların adları bəlli olub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəza avtomobil yolunun Kürdəmir rayonun ​ Qarabucaq kəndindən keçən hissəsində baş verib.
İlkin məlumatlara görə, minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində avtomobillərdə olan ​8 nəfər: Bakı şəhər sakini, 1958-ci il təvvəlüdlü Almazov Şahmurad Bəhlul oğlu, Salyan rayon sakinləri - 1989-cu il təvəllüdlü ​Mehraliyeva Günel Bəxtiyar qızı, 2008-ci il təvəllüdlü Teymurova Turanə Taleh qızı, 2018-ci il təvəllüdlü Səfərli Cansu Mahir qızı,1990-cı il təvəllüdü Mehraliyeva Aygün Bəxtiyar qızı, 1978-ci il təvəllüdli Məmmədov Elton Məhəmməd oğlu, eləcə də Mehraliyeva Vəzifə Nəhmət qızı (1968) və Səfərov Mahir Zeynal oğlu (1995) müxtəlif dərəcəli bədən ​xəsarətlərli ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla yol polisi tərəfindən ​ bağlı araşdırma aparılır.
----------
15:13
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi
İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.