BAKI, 23 fevral — Sputnik. Ötən il Ali Məhkəmənin Cinayət Kollegiyasına ən çox hansı məhkəmələrdən işlərin daxil olduğu açıqlanıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 2021-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına 2399 nəfər barəsində işlərin (materialların) daha böyük hissəsi Bakı Apellyasiya Məhkəməsindən daxil olub.
Qeyd edilib ki, 2021-ci ildə Ali Məhkəmənin Cinayət kollegiyasında baxılmış işlərdən 1202 (50,1%) nəfər barəsində iş Bakı Apellyasiya Məhkəməsindən, 7 (0,3%) nəfər barəsində iş Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsindən, 248 (10,3%) nəfər barəsində iş Sumqayıt Apellyasiya Məhkəməsindən, 275 (11,5%) nəfər barəsində iş Gəncə Apellyasiya Məhkəməsindən, 468 (19,5%) nəfər barəsində iş Şirvan Apellyasiya Məhkəməsindən, 200 (8,3%) nəfər barəsində iş Şəki Apellyasiya Məhkəməsindən daxil olan işlərdir.
Xatırladaq ki, Ali Məhkəmənin icraatında 2021-ci ildə 14,256 iş olub, bu isə 2020-ci illə müqayisədə 1859 iş (15% artım) daha çoxdur.
Mülki Kollegiyada 2021-ci ildə 6113 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 894 iş (17,1% artım) daha çoxdur.
Kommersiya Kollegiyasında 2021-ci ildə 494 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 231 iş (87,8% artım) daha çoxdur.
Cinayət Kollegiyasında 2021-ci ildə 2,161 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 956 iş (79,3% artım) daha çoxdur.
İnzibati Kollegiyada isə əksinə 2021-ci ildə 2,150 işə baxılıb ki, bu da 2020-ci illə müqayisədə 80 iş (3,6% azalma) daha azdır.
Ümumiyyətlə isə, Ali Məhkəməyə 2021-ci ildə 11314 iş daxil olub, bu isə 2020-ci illə müqayisədə 1326 iş (13,3% artım) daha çoxdur.
Ləğv olunan məhkəmə qərarlarının sayında da 2021-ci ildə artım olub. Belə ki, 2021-ci ildə 2520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib ki, bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.