Bu gün Azərbaycan baharın ilk müjdəçisi olan “Su çərşənbəsi”ni qeyd edir. İnanclara görə baharın ilk çərşənbəsində su mənbələri təzələnir və dağ başındakı qarlar əriməyə başlayır.
Çox vaxt rayon sakinləri bu gündə hələ gün doğmamış su üstünə gedir, axar su üstündən atlayır və hətta yaralıların yarasına su çiləyir. Bəzi inanclara görə isə, su çərşənbəsi axar sudan keçənlər ilboyu xəstələnməz.
Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.