CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su çərşənbəsinin hansı ənənəsini bilirsiniz?

Bu gün Novruz bayramının ilk çərşənbəsi olan su çərşənbəsidir.
Sputnik
Bu gün Novruz bayramının ilk çərşənbəsi olan su çərşənbəsidir.
Lap əvvəllər su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirdilər.
Özünə xas ənənəsi olan bu çərşənbədə su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Əvvəllər su çərşənbəsində sübh tezdən hərkəs su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərdi. Xalq inancına görə həmin günü təzələnmiş sudan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.
Su çərşənbəsi ilə bağlı çoxlu sayda inanclar, bayatılar, əfsanələr və rəvayətlər var.
Məsələn, inanclarda bildirilir ki, süfrəyə su dağılması aydınlıqdır. Həmçinin su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz.
Bəzi atalar sözündə də suyun müqəddəsliyi əks olunur: Su olan yerdə dirilik olar, su ehsandır, su murdarlıq götürməz, suyu çirkləndirənin nəşini yumağa su tapılmaz və s.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.