RUSİYA

Rusiya ilə Azərbaycan tərəfdaşlığının müttəfiqliyə çevrilməsi günün tələbidir - Ekspert

Ekspertin sözlərinə görə, Rusiya bu yolla Azərbaycan və Ermənistanla münasibətlərdə tam balans yaratmış olur və İrəvanın xeyirinə olan natarazlığı aradan qaldırır.
Sputnik
BAKI, 21 fevral - Sputnik. Rusiya və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin müttəfiqliyə çevrilməsi artıq çoxdan gündəmin tələbi idi. Bu fikri politoloq Andrey Petrov Rusiya və Azərbaycan arasında imzalanacaq qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə barədə öz fikirlərini @SputnikAz Telegram kanalına açıqlamasında deyib.
"Azərbaycanla olan sabit və qarşılıqlı faydalı münasibətlər Rusiyanın heç bütün rəsmi elan olunmuş müttəfiqlərilə də yoxdur. Ona görə de-fakto müttəfiqliyin sənəddə təsbit olunmasını ancaq alqışlamaq olar", - deyə Petrov vurğulayıb.

Ekspertin sözlərinə görə, Rusiya bu yolla Azərbaycan və Ermənistanla münasibətlərdə tam balans yaratmış olur və İrəvanın xeyirinə olan natarazlığı aradan qaldırır:
"Bu isə müharibədən sonrakı dövrdə Cənubi Qafqazda həyatın davam etməsi üçün çox vacibdir".
Politoloq hesab edir ki, bu Ermənistan-Azərbaycan münasibətlərin hətta sülh razılaşmasının imzalanması səviyyəsinədək normallaşması üçün əlavə stimul olacaq:

“Moskva doğrudan da bölgədə sülh istədiyini göstərir və bunun üçün o bərabər hüquqlu müttəfiqlərinin arasındakı münasibətlərin həll olunması üzərində işləyəcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfərə gedib