RUSİYA

Rusiya “DXR” və “LXR”in müstəqilliyini tanıyıb

Rusiya prezidenti Vladimir Putin rusiyalılara video formatda müraciət edib.
Sputnik
Rusiya Ukrayna ərzisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciətində bildirib.
Daha sonra Rusiya Prezidenti "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.
Rusiya prezidenti Vladimir Putin rusiyalılara video formatda müraciət edib.
Xatırladaq ki, bazar ertəsi Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib və burada "DXR" və "LXR"-in tanınması məsələsini müzakirə edilib.
Dövlət başçısı iclas iştirakçılarının məruzələrini dinlədikdən sonra qərar verəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.