HADİSƏ

Göyçayda ferma yandı, çoxlu heyvan tələf oldu

Kənd sakini Yusif Məmmədova məxsus mal-qara fermasında baş verən yanğının miqyası qısa müddətdə genişlənərək bütün fermanı əhatə edib.
Sputnik
BAKI, 21 fevral — Sputnik. Göyçay rayonundakı fermalardan birində baş verən yanğında 30 baş iri buynuzlu heyvan yanaraq ölüb. Hadisə Göyçayın Qarayazı kənd ərazisində baş verib.
Kənd sakini Yusif Məmmədova məxsus mal-qara fermasında baş verən yanğının miqyası qısa müddətdə genişlənərək bütün fermanı əhatə edib.
Hadisə yeində
Ümumi sahəsi 150 kvadratmetr olan fermada baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Alovun kənd ərazisinə və digər tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə yeində
Təsərrüfat sahibinin sözlərinə görə yanğın zamanı fermada olan 4 ton ot bağlaması,eyni zamanda köməksiz vəziiyyətdə qalan 30 baş iri buynuzlu heyvan yanaraq tələf olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.