BAKI, 21 fevral — Sputnik. Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Xatırladaq ki, AVRONEST Parlament Assambleyası 2011-ci ilin mayında təsis olunub.
Bir müddət öncə Azərbaycan nümayəndə heyətinin fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi barədə xəbər yayılmışdı.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyə bilərsiz!