BAKI, 20 fevral - Sputnik. NATO genişlənir, amma Rusiya Kalininqraddakı qoşunlarının sayını azaldanda heç kim hətta "sağ ol" da deməyəcək. RİA Novosti-nin xəbərinə görə, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
"Görəcəksiniz ki, biz Baltikyanı və Şərqi Avropaya yaxın olan müxtəlif regionlardan qoşunlarımızı çıxarmışıq. Biz Kalininqrad vilayətindən xeyli sayda qoşun çıxarmışıq və heç kim sağ ol da deməyib", - Antonov CBS telekanalına müsahibəsində bildirib.
Səfir həmçinin NATO-nun genişləndiyini vurğulayıb.
Qeyd edək ki, bazar günü Rusiya prezidenti Vladimir Putin ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik tələblərinə ciddi yanaşmasının vacibliyini bir daha təkrarlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.