FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin ən parlaq fotoları

Ötən həftənin ən parlaq, yaddaqalan anlarını Sputnik Azərbaycan-ın fotolentində izləyin.
Sputnik
1 / 15

Nyu-Yorkda modellər The Blonds-un son kolleksiyasından olan geyimləri təqdim edirlər.

2 / 15

İspaniyada Aseredo kəndinin su altında qalmış xarabalıqları.

3 / 15

Rusiyalı idmançı Kamilə Vəliyeva Pekində XXIV Qış Olimpiya oyunlarında çıxış edir.

4 / 15

Barselonada dini bayramda iştirakçılar insan qülləsinin əsasını qurmaq üçün əl-ələ veriblər.

5 / 15

Fermerlər Fransada supermarketin yaxınlığında taxılı yandırırlar.

6 / 15

Meksikanın Yukatan ştatında turistlər Vyetnam donuzları ilə.

7 / 15

Nitsada karnavalın açılışı mərasimində rəqqasə.

8 / 15

Braziliyanın Petropolis şəhərində sakin sürüşmədən sonra iti xilas edir.

9 / 15

Pekindəki Qış Olimpiya oyunlarında işçilər qoruyucu kostyumlarda qarla oynayırlar.

10 / 15

Əfqan oğlanlar Kabildə ehtiyacı olan ailələrə humanitar yardım paylanılmasına hasardan baxırlar.

11 / 15

Nyu-Yorkda yanğınsöndürənlər qəza yerində işləyirlər.

12 / 15

Müqəddəs Valentin günündə Banqkokda Trimurti məbədində kollektiv dua.

13 / 15

Kanada parlamenti önündə yük avtomobilləri sürücülərinin etirazı zamanı etirazçılar hidromassaj vannasında oturarkən.

14 / 15

Nyu-Yorkda Moda həftəsi zamanı Payız/Qış 2022 mövsümü üçün geyim nümayişi.

15 / 15

“Çelsi”yə qarşı oyun zamanı baş verən davadan sonra Braziliyanın “Palmeyras” klubunun azarkeşini aparırlar.

QIş Olimpiadası, karnaval, dəb həftəsi, Valentin Günü, yanğın, daşqın, futbol, pandemiya, etirazlar... Bayramlar və kədərli hadisələr əkiz qardaşlar kimi dünyanı dolaşır və bir-birini əvəzləyir. Yer kürəsində Günəş sanki hər kəs üçün bir cür doğur. Həyatın bu maraqlı anlarını fotokameralarının yaddaşına köçürənlər isə gələcək nəsillər üçün xronika ilə yanaşı, əhval da yaradırlar.
Yola saldığımız həftənin ən parlaq, yaddaqalan anlarını dünya xəbər agentliklərinin fotomüxbirləri lentə alıblar. Sputnik Azərbaycan da sizinlə bölüşür.