AZƏRBAYCAN XƏBƏRLƏRİ

Vilayət Eyvazovdan daha bir əmr

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Sputnik
BAKI, 19 fevral — Sputnik. Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ramiz Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini təyin olunub.
Fevralın 18-də isə Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib. Vilayət Eyvazovun əmrilə Kərimov Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, onun bu vəzifədə əvəzlədiyi polkovnik Sərdar Səfərov BŞPİ-nin xidmət üzrə rəis müavini təyin edilib. Səfərovun əvəzlədiyi rəis müavini polis general-mayoru Zaur Abdullayev isə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.