CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azyaşlı qızın nişanlanması ilə bağlı açıqlama - Video

Araşdırmalar nəticəsində görüntülərin Bərdədə çəkilməsi faktı təsdiqini tapmayıb.
Sputnik
BAKI, 19 fevral — Sputnik. Sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın məcburən nişanlanması ilə bağlı görüntülər yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev görüntülərin araşdırıldığını bildirib: "Görüntülərin Bərdə rayon Soğanverdi kəndində olması ilə bağlı iddialar yoxlanılıb, təsdiqini tapmayıb. Araşdırmalar davam etdirilir".
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "Qafqazinfo"ya bildirib ki, fakt araşdırılıb. Araşdırmalar nəticəsində görüntülərin Bərdədə çəkilməsi faktı təsdiqini tapmayıb. Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.