BAKI, 18 fevral - Sputnik. Çevik Polis Alayının qərargah rəisi, polis polkovniki Elnur Kərimov tutduğu vəzifədən azad edilib.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb
Əmrə əsasən, Kərimov Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, onun bu vəzifədə əvəzlədiyi polkovnik Sərdar Səfərov Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin edilib. Səfərovun əvəzlədiyi rəis müavini polis general-mayoru Zaur Abdullayev isə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.