QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşanı da bu qurum qızdıracaq

Baş nazir Əli Əsədovun qərarı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilib.
Sputnik
BAKI, 18 fevral - Sputnik. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin strukturu genişləndirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun qərarı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin strukturu”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərarla Şuşa İstilik Sistemləri İstismar Sahəsi (İSİS) “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxil edilib.
Qeyd edək ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Məmmədəli oğlu Həsənov fevralın 7-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Quruma sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.