BAKI, 18 fevral — Sputnik. Şuşada Qarabağ xanlığı dövrünə aid olan yeni abidə aşkarlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov "Şuşa-270: Arxelogiyası, tarixi, etnoqrafiya və antropologiyası" adlı respublika elmi konfransında çıxış edərkən deyib.
Abbas Seyidov bildirib ki, bu barədə fevralın 5-də məlumat alıblar. İnstitutun baş direktoru onu da qeyd edib ki, Şuşa şəhərində hotel binası tikilərkən oradan tikinti qalıqları aşkarlanıb:
"Təcili olaraq ora əməkdaşlarımızı ezamiyyətə göndərdik. Orada arxeoloji qazıntı işləri aparılıb. Tikinti dərhal saxlanılıb. Tədqiqat işləri zamanı məlum olub ki, orada çirkli suların axması üçün borular aşkarlanıb. Bu gün isə bizə yenidən tapşırıq verildi ki, yenə də qazıntı işləri davam etdirilsin. Həmin abidə Qarabağ xanlığının dövrünə aid olan abidədir. Gələcəkdə planlaşdırırıq ki, abidənin üstü açıldıqdan sonra orada tikilən hotelə gələn qonaqlar şüşə vasitəsilə onu görə bilsinlər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.