CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polisdə Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri ilə bağlı xidməti yoxlama başlayıb

Ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.
Bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov Report-a açıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib:
“Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.
Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.
Müğənni Manaf Ağayevə 15 sutka həbs verildi
Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.
Sputnik Azərbaycan xəbər verir ki, onların barələrində protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!