CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəmaləddin Heydərovun bacanağı məhkəməyə müraciət etdi

"Ecohouse" MMC barədə açıq mənbələrdə hər hansı məlumat olmasa da, "AFB Bank" Azərbaycanda kifayət qədər yaxşı tanınır. Çünki bu bank fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.
Sputnik
BAKI, 18 fevral — Sputnik. "AFB Bank" ASC "Ecohouse" MMC-ni məhkəməyə verib. Sputnik Azərbaycan xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi L.Əliyevanın icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.
"Ecohouse" MMC barədə açıq mənbələrdə hər hansı məlumat olmasa da, "AFB Bank" Azərbaycanda kifayət qədər yaxşı tanınır. Çünki bu bank fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.
"AFB Bank" ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olduğu bildirilən "Gilan" MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan" MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.
Mediada yayılan məlumatlara görə, "AFB Bank" ASC-nin yeni səhmdarı Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu məlumat indiyə qədər təkzib olunmayıb. (Qaynarinfo.az)