PAYTAXT XƏBƏRLƏRİ

Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadla xəbər verir ki, Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat 20:00-a qədər davam edəcək.
Məlumatda qeyd edilir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalından izləyin!