MƏDƏNİYYƏT

ABŞ səfirinin müavini Eldar Qasımovla gəzintiyə çıxıb, azərbaycanca mahnı oxuyub -VİDEO

Videonu səfirliyin rəsmi "Facebook" səhifəsi paylaşıb. Onlar gəzinti zamanı Eldar Qasımovun "Məsafələr" mahnısını ifa ediblər.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Tanınmış azərbaycanlı müğənni Eldar Qasımov və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün Bakı küçələrində elektromobillə gəzintiyə çıxıblar.
Sputnik Azərbaycan xəbər verir ki, sözügedən videonu səfirliyin rəsmi "Facebook" səhifəsi paylaşıb.
Onlar gəzinti zamanı Eldar Qasımovun "Məsafələr" mahnısını ifa ediblər. Daha sonra səfir Litzenberger də onlara qoşulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.