PAYTAXT XƏBƏRLƏRİ

"Polşalı memarlar Bakı tarixində iz qoyublar" - Səfir

Səfir vurğulayıb ki, polşalı turistlər Bakıda o dövrün ab-havasını hiss edə bilirlər.
Sputnik
BAKI, 17 fevral — Sputnik. "XIX-XX əsrlərdə polşalı memarlar Bakı tarixində mühüm iz qoyublar".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski polşalıların Bakı memarlığına töhfələrinə həsr olunmuş tədbirdə bildirib.
Bundan başqa, son 30 ildə Azərbaycanla Polşa arasında siyasi, sosial, mədəni münasibətlərinin xeyli inkişaf etdiyini söyləyən səfir bu əməkdaşlığın Polşa üçün xüsusi əhəmiyyət daşıdığını deyib.
"Polşalı memarların Azərbaycan paytaxtında mühüm binaların inşasında əməyi var. Bu da hazırda polşalı turistləri Azərbaycana çəkib gətirən amillərdən biridir. Burada onlar Polşa irsi ilə tanış olmaqla yanaşı, həm də o dövrün ab-havasını hiss edə bilirlər. Azərbaycanla mədəni əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə ümidvarıq", - deyə diplomat vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.