BAKI, 17 fevral — Sputnik. Moskva ümid edir ki, Ukrayna ətrafında uydurulmuş "qorxu hekayələri" Qərbin Rusiyanın təkliflərindən yayınması üçün bəhanə kimi istifadə edilməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Mən ümid edirəm ki, bu qışqırıqlar, bu uydurulmuş qorxu hekayələri Qərbin bizim təkliflərimiz əsasında ciddi söhbətdən yayınması üçün bəhanə kimi istifadə edilməyəcək. Biz ATƏT çərçivəsində bütün Qərbin nəyə imza atdığına əsaslanan arqumentlərimizi - təkliflərimizi göstərməkdən çəkinmirik", - deyə Lavrov İtaliyanın xarici işlər naziri Luiсi di Mayo ilə danışıqlardan sonra qeyd edib.
2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru daha da genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir. Təkliflər həmçinin NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarətdir.
Yanvarın sonunda ABŞ və NATO Moskvaya Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə yazılı cavablar göndərib. Bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə görüşdə xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı 10 səhifədən ibarət cavablarına reaksiyası tərtib edilib. Onun sözlərinə görə, prezident sənədi prinsipial olaraq bəyənib və yaxın gələcəkdə ABŞ və NATO-ya veriləcək. Lavrov əmin edib ki, Rusiya tərəfi sənədi Qərb paytaxtlarına təhvil verildikdən sonra dərc edəcək.
Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir və heç kimi təhdid etmədiklərini daim bəyan edirlər. Qeyd olunur ki, bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda qeyd edib ki, RF Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir səbəb yaratmır. Onun sözlərinə görə, Rusiya Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriyanın Kiyevin Donbasla bağlı Minsk sazişlərini sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıdığını istisna etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla çərçivələnib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.