RUSİYA

Ginsburq COVID-19-a qarşı nazal peyvəndinin sınaqları barədə

Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı nazal peyvəndinin (SPRAY 08-Gam-COVID-Vak-2021) klinik sınaqlarına icazə verib.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Koronavirusa qarşı nazal peyvəndinin tədqiqində iştirak edən 50-dən çox könüllü artıq peyvənd olunub, onların heç bir fəsadları aşkarlanmayıb.
Bu barədə Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq RİA Novosti-yə bildirib.
"Dünən səhər saatlarında 53 nəfər peyvənd olunub. Könüllülərdə heç bir ağırlaşma yoxdur", - deyə Ginsburq qeyd edib.
Oktyabrın ortalarında məlum olub ki, Rusiya Səhiyyə Nazirliyi Qamaleya Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı nazal peyvəndinin (SPRAY 08-Gam-COVID-Vak-2021) klinik sınaqlarına icazə verib.
Eləcə də oxuyun:
* Xüsusi risk qrupuna aid olan şəxslərə müraciət: "buster" dozanı vurdurun
* Ginsburq nazal peyvəndin xüsusiyyətlərini açıqladı
* "Sputnik V" ilə peyvənd olunan turistlərə şad xəbər: İsrail qapılarını açır
* Avstriyada koronavirus pritonu: Peyvənd olunanlara pulsuz görüş