PAYTAXT XƏBƏRLƏRİ

Bakıda tərkibində marixuana olan içki satılır? Rəsmi açıqlama

Bu gün sosial şəbəkələrdə üzərində marixuana şəkli, tərkibində isə xaşxaş olan içkinin satıldığı barədə görüntülər yayılıb
Sputnik
BAKI, 17 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıdakı mağazaların birində tərkibində marixuana olan içkinin satılmasına münasibət bildirib.
AQTA-dan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məlumat Agentliyə daxil olub və aidiyyəti üzrə yönləndirilib:
"Bununla bağlı araşdırmalar aparılacaq. Araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunacaq. Vətəndaşların nəzərinə çatdıraq ki, əgər satış şəbəkələrində tərkibinə, təhlükəsizliyi və keyfiyyətinə şübhə etdikləri məhsul ilə rastlaşsalar, bu barədə konkret məlumatları göstərməklə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər. Məlumat verildikdən sonra dərhal araşdırmalara başlanılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək", - deyə qeyd olunub.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə üzərində marixuana şəkli, tərkibində isə xaşxaş olan içkinin satıldığı barədə görüntülər yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.