HADİSƏ

Azərbaycanda bir evdən beş nəfərin meyiti tapıldı - FOTO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu Sputnik Azərbaycan-a faktı təsdiqləyib
Sputnik
BAKI, 17 fevral — Sputnik. Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşağı: 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sümeyya - ölüblər.
Qusarda hadisə yerində
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur. Hazırda Qusar Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
----------
16:36
Bir ailənin beş üzvü dəm qazından boğularaq ölüb. Hadisə Qusar rayonunda qeydə alınıb.
Rayonun mərkəzində yerləşən ikimərtəbəli yaşayış binasında yaşayan bir ailənin 5 üzvü - 3 uşaq, ana və ata dəm qazından boğularaq dünyasını dəyişiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu Sputnik Azərbaycan-a faktı təsdiqləyib. Araşdırma aparılır.
Xatırladaq ki, yanvarın 22-də dəm qazı Mingəçevirdə azyaşlının ölümünə səbəb olub. Ana və 2 qızı dəm qazından zəhərlənib, onlardan biri dünyasını dəyişib. Bədbəxt hadisə şəhərin Yeni Həyat qəsəbəsində baş verib. Hamam otağında ana, 32 yaşlı Aişə Şirinova və onun övladları Lalə ilə Nigarı husşsuz vəziyyətdə yaxınları aşkarlayıblar. Dərhal Təcili yardım birqadası ilə onlar Xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq 7 yaşlı Nigar Şirinovanın həyatını xilas etmək mümkün olmayıb. Uşaq dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.