SƏHİYYƏ

TƏBİB-ə yeni mətbuat katibi təyin edilib

O, 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr üzrə menecer işləyib.
Sputnik
BAKI, 16 fevral — Sputnik. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.
TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Z.Ədilova 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Azərbaycan Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.