BAKI, 16 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub.
Sputnik Azərbaycan Energetika Nazirliyinin saytına istinadla xəbər verir ki, bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barel artırılaraq 661 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barel həcmində olması nəzərdə tutulurdu.
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,07 dollar azalaraq 97,63 dollar olub.
Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 15-də 97 dollardan (97,98) baha satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (99,70) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.