İQTİSADİYYAT

Azərbaycan ilə İran arasında birbaşa uçuşlar bərpa edilir

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində paylaşım edib.
Sputnik
BAKI, 16 fevral — Sputnik. Bu ilin mart ayının əvvəlindən Azərbaycan ilə İran arasında birbaşa uçuşlar bərpa ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" səhifəsində paylaşıb.
"Mart ayının əvvəlindən Azərbaycan və İran əlaqələrində növbəti xoş addım atılacaq", - səfir deyib.

Daha 17 ölkədən Azərbaycana uçuşlara icazə verilib

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, fevralın 16-dan hava nəqliyyatı vasitəsilə Albaniya, Dominikan, Filippin, Gürcüstan, Hindistan, İndoneziya, İran, Kolumbiya, Moldova, Özbəkistan, Pakistan, Peru, Tacikistan, Tailand, Tunis, Türkmənistan, Venesuela vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.