BAKI, 15 fevral - Sputnik. Xaçmaz şəhərindəki kafelərin birində bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, rayonunun "Məkan" adlı kafesində kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq aldığı zədələrdən dünyasını dəyişib.
İlkin məlumatlara görə həlak olan 46 yaşlı Əliyev Səhman Habil oğludur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının meyitxanasına aparılıb.
Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.