AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ramiz Mehdiyevin baldızı oğlunun həbsi rəsmən təsdiqləndi

İdarəyə AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb.
Sputnik
BAKI, 15 fevral — Sputnik. AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin köməkçisi də olub. E.Əmirovun dünən AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğlu olduğu da iddia edilir.
Qeyd edək ki, akademik Ramiz Mehdiyev fevralın 14-də AMEA prezidentliyindən istefa verib.
AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyevin verdiyi məlumata görə, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:
“Ramiz Mehdiyev bildirib ki, sabah (bu gün-red.) cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.
"Unikal"a açıqlamasında isə Ramiz Mehdiyev deyib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ramiz Mehdiyev niyə istefa verib?