AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan ilə İspaniya arasında məxfi məlumatların mübadiləsi aparılacaq

Milli Məclis Azərbaycanla İspaniya arasında məxfi məlumatların mübadiləsi ilə bağlı Sazişi ratifikasiya edib.
Sputnik
BAKI, 15 fevral — Sputnik. Azərbaycan və İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi ilə bağlı Saziş təsdiq edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanmış Saziş təsdiq edilib.