HADİSƏ

Tovuzda yanğın olub - şəhər işıqsız qalıb

Hazırda elektrik enerjisinin bərpası məqsədilə hadisə yerində təmir işləri aparılır.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Tovuzda elektrik stansiyasında yanğın baş verib.
Hadisə yerində
Hadisə yerinə dərhal FHN-in 4 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb olunub.Yanğınsöndürmə qüvvələri tərəfindən yağın söndürülüb, stansiya yanığından mühafizə edilib.
Hadisə yerində
Qeyd edək ki, yanğın baş verən stansiya Tovuz şəhərinə elektrik enerjisinin verilməsini təmin edir. Bu səbəbdən elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda elektrik enerjisinin bərpası məqsədilə hadisə yerində təmir işləri aparılır. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.