RUSİYA

Şoyqu Putinə ABŞ-ın sualtı qayığı ilə qarşıdurmadan danışdı - VİDEO

Müdafiə naziri Sergey Şoyqu Rusiya prezidentinə Rusiya SQ-nin müxtəlif təlimləri barədə məruzə edib.
Sputnik
BAKI, 14 fevral – Sputnik. Rusiya ordusunun təlimlərinin bir hissəsi yaxınlarda başa çatacaq.
Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinlə görüşündə deyib.
“Sizin dekabrda verdiyiniz göstərişlərə müvafiq olaraq başladılan hərbi təlimlərin bəziləri başa çatıb, bəziləri bitməkdədir, müəyyən qismi də keçiriləcək, planlaşdırılmış qərarların miqyası ilə bağlı bəzi işləri də görmək lazımdır”, - Şoyqu deyib.
RF SQ-nin əsas təlimlərindən biri “İttifaq qətiyyəti-2022” adlanan, Belarusla birlikdə keçirilən manevrlərdir. Təlim fevralın 10-da başlayıb və İttifaq dövlətinin qüvvələrinin reaksiyasının yoxlanmasının ikinci mərhələsi sayılır. Fevralın 20-dək davam edəcək tədbirin məqsədi xarici təcavüzün və terroristlərin hücumunun dəf edilməsidir. Qoşunların praktiki fəaliyyəti Domanovski, Qojski, Obuz-Lesnovski, Brest, Osipoviçski, eləcə də Baranoviçi, Luninets, Lid və Maçulişşi aerodromlarında keçir.
Demək olar ki, Qərb hərbi dairəsinin bütün donanmalarında - Barens, Qara, Baltik, Sakit okeanı - da miqyaslı təlimlər keçilir. Burada Şərq, Mərkəzi və Şimal dairələri də daxil olmaqla, demək olar ki, bütün hərbi dairələrin qoşunları iştirak edir.
Bu təlimlər zamanı Rusiyanın hərbi gəmisi Amerikanın sualtı qayığını Kuril adaları yaxınlığında RF-in ərazi sularından çıxmağa məcbur edib. Sergey Şoyqu bu faktı da prezidentin diqqətinə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.