BAKI, 14 fevral — Sputnik. İdman Arbitraj Məhkəməsi (CAS) fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Beynəlxalq Konkisürmə İttifaqının (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin etməyib. Məhkəmənin verdiyi məlumata görə, Vəliyeva Pekin Olimpiadasında fərdi yarışlarda çıxış edə biləcək.
"CAS-ın Xüsusi Komissiyası rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevaya qarşı arbitraj prosesində qərar çıxarıb. BOK, WADA və ISU tərəfindən verilən açıqlamalar rədd edilib", - deyə məlumatda bildirilir.
CAS-dan bildirilib ki, Vəliyevanın Pekində fərdi turnirə buraxılması qərarı onun "mühafizə olunan şəxs" statusu və bu kimi hallarda xüsusi yanaşma nəzərə alınmaqla qəbul edilib.
Məhkəmə əlavə edib ki, fiqurlu konkisürənin xeyrinə qərar qəbul edilərkən onun yanvar ayında müsbət dopinq testinin olması barədə sonradan bildirişi də nəzərə alınıb.
CAS Vəliyevanın dopinq testinin nəticələri barədə vaxtında xəbərdar edilməməsi ilə bağlı ciddi problemlərin olduğunu ayrıca vurğulayıb.
Eyni zamanda, İdman Arbitraj Məhkəməsi rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işində Olimpiadada fiqurlu konkisürənlərin komanda turniri ilə bağlı məsələlərinə baxmayıb, onlar başqa prosesdə nəzərdən keçiriləcək.
Российская спортсменка, член сборной России (команда ОКР) Камила Валиева
© AP Photo / David J. Phillip
Vəliyevanın işi ilə bağlı CAS-ın qərarına ilk reaksiya
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) məhkəmənin qərarını lazımi qaydada nəzərə alıb və ona hörmətlə yanaşacaq. ISU tam qərarı gözləyir və bundan sonra qərara öz qiymətini verəcək.
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Nikita Katsalapov həmyerlisi Kamilə Vəliyevanın Pekində keçiriləcək Oyunların fərdi turnirində iştirak etməsinə icazə verilməsi ilə bağlı xəbərdən şad olduğunu bildirib.
"Biz çox xoşbəxtik! Kamila, irəli!", - deyə Katsalapov mətbuat konfransında qeyd edib.
Fransız fiqurlu konkisürənlər Qabriella Papadakis və Giyom Sizeron, eləcə də amerikalı fiqurlu konkisürənlər Medison Habbell və Zakari Donoxyu bu mövzu ilə bağlı şərh verməkdən çəkiniblər.
Xatırladaq ki, Katsalapov Viktoriya Sinitsina ilə birgə Pekin Olimpiadasında komanda turnirində qalib gəliblər və bu Rusiya yığmasının heyətində həmçinin Vəliyeva, Mark Kondratyuk, Anastasiya Mişina və Aleksandr Qallyamov da çıxış ediblər. Bazar ertəsi Sinitsina və Katsalapov buz üzərində rəqsi üzrə fərdi turnirdə gümüş medal qazanıblar.
Pekin Olimpiadasında Kamilə Vəliyevanın başına gələnlər
Beynəlxalq Dopinq Test Agentliyi (ITA) bu yaxınlarda bildirib ki, Vəliyevanın 25 dekabr 2021-ci il tarixli dopinq testi trimetazidin üzrə müsbət nəticə verib. Testin nəticəsini fevralın 8-də Stokholmdakı antidopinq laboratoriyası verib.
Rusiya Antidopinq Agentliyi Vəliyevaya qarşı müvəqqəti diskvalifikasiya tətbiq edib, fevralın 9-da idmançının apellyasiyasından sonra isə bu qərar ləğv edilib. Beynəlxalq Olimpiya Komitəsi (BOK), Ümumdünya Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Konkisürmə İttifaqı (ISU) İdman Arbitraj Məhkəməsinə etiraz edib və bazar axşamı günü bu işə baxılıb.
Pekin Olimpiya Oyunlarında qadınların fərdi yarışlarında qısa proqram fevralın 15-də baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: