BAKI, 14 fevral - Sputnik. Gəncədə 3 aylıq körpə küçəyə atılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, körpə Atatürk prospektində yerləşən yataqxananın yaxınlığından tapılıb.
Tahir Murquzov adlı körpəni anası Səbinə Murquzova küçəyə atıb. Uşaq tapılaraq Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.
Körpənin çəkisi 4.5 kq, boyu 55 sm-dir.
Hazırda onun vəziyyəti normaldır. Növbətçi həkim Bəxtiyar Quliyevin verdiyi məlumata görə, körpənin valideyinləri ondan imtina ediblər.
Qeyd edək ki, ötən il iyul ayında 15 gün ərzində üç körpə küçəyə atılmış və geniş rezonans doğurmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Sumqayıtda zibillikdən tapılan uşaqla bağlı yeni xəbər
* Şəkidə film kimi hadisə - Avtomobilin vurduğu körpə ağla gəlməyən yerdən tapıldı