BAKI, 14 fevral — Sputnik, Rostislav İşşenko. Əminəm ki, Vaşinqton Ukraynada kiminlə iş gördüyünü bilsəydi, heç vaxt yerli Maydana vəsait yatırmazdı. Ənənəvi özündən müştəbehlik və şablon düşüncəyə meyllilik amerikalıları pis vəziyyətdə qoydu. Nədənsə, onlar əmin idilər ki, ukraynalı oliqarxlar Latın Amerikalı həmkarlarından daha fəal oğurluq edirlərsə, deməli, həm də Cənubi Amerikanın çılğın oğlanlarından daha şövqlə döyüşəcəklər.
Ancaq ukraynalılar, hətta vətəndaş müharibəsində belə, yalnız öz kəndlərinin ətrafında vuruşurdular. Eyni Petlyura, Maxno, Zelyonı, Angel və digər "xalq liderləri" kəndliləri asanlıqla istənilən hakimiyyətə qarşı qaldırırdılar: almanlarla, getmana, qırmızılara, ağlara və hətta bir-birinə qarşı. Amma "albalı bağı" və donuzlara qarşı təhlükə aradan qalxan kimi çoxminlik ordu bir anda qeyb olur və onun yerində bir neçə yüz nəfərdən ibarət döyüşmək istəməyən dəstə qalırdı. Qalanları daha vacib problemləri həll etməyə - çəpər, otlaqlar, bostanlar uğrunda qonşularla mövqe müharibəsi aparmağa yollanırdılar.
Ukrayna liderləri 2014-cü ildə Rusiyaya qarşı ABŞ-ın çox ehtiyac duyduğu müharibəni təşkil etməkdə maraqlı deyildilər. Axı, demək olar, iyirmi beş il idi ki, ayrı yaşayırdılar və "moskvalılar"la donuz piyini paylaşmadıqlarına görə sevinirdilər. Müharibə onların nəyinə lazım idi axı?
Bu arada, amerikalılar ukraynalıları ruslara münasibətdə daha çox avropalı olduqlarına inandırmaq üçün Ukrayna təbliğatını buna uyğun təşkil etdilər. Nəticədə, Ukraynanın bir çox vətəndaşları hələ də əmindirlər ki, əgər onlar belə yoxsullaşıblarsa, deməli, ruslar lap acından ölürlər.
Bununla yanaşı, ukraynalılara görə, dövlət iki səbəbdən lazımdır: cəza almadan qarət edə bilmək üçün və ən əsası, yadlar hakimiyyətə gəlib dərhal ukraynalılara yad olan nizam-intizam tətbiq etməyə çalışmasınlar deyə. Ukraynalılar dövlətin başqa funksiyalarını tanımırlar və qanuna əməl etmək onlar üçün ən böyük zülmdür, bununla mübarizə aparmaq üçün də "üsyan etmək hüquqları var".
Bu cür xalqı Rusiya ilə müharibəyə təhrik etmək mümkün deyil. Ukraynalılar məmnuniyyətlə səhərdən axşama kimi zəbt olunmuş torpaqlara hücum etmək üçün planlar qurur, hamını əmin edirdilər ki, onlar təkcə Donbası deyil, Voronejlə birlikdə Kubanı da ələ keçirəcəklər. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin demarkasiya xəttindəki təxribat fəaliyyətinin "ağlabatan" hüdudlardan kənara çıxmamasını diqqətlə izləyirdilər. Bir az atəş açdılar, səs-küy saldılar, kifayətdir. Əsas odur, amerikalılara "tövsiyə olunduğu kimi təxribat törətdiklərini" göstərsinlər və Rusiyanı real müharibə vəziyyətinə gətirməmək üçün çox da qəzəbləndirməsinlər.
Beləliklə, səkkiz il keçdi. Vaşiqntonun səbri tükəndi. Ukraynalılar isə hələ də Trotskisayağı hərəkət edirlər: nə sülh, nə müharibə. Və elə hey "Avropanın Rusiya təcavüzündən müdafiəsi üçün" pul istəyirlər.
Amerikalılar məntiqlə məsələnin həllini öz əllərinə almağa qərar verdilər və cəmi üç ay ərzində (noyabrın sonundan) informasiya məkanını "qaçılmaz Rusiya hücumu" haqqında hekayələrlə elə çirkləndirdilər ki, Qərb mediası az qala hər gecə Rusiyanın artıq Ukraynanı işğal etdiyi barədə xəbərlər verməyə başladı.
Bütün dünya qorxu içindədir, bu məğrur xalqın taleynə görə narahat olan sivil Qərb ora Əfqanıstan dövründən qalma (bir az da yeni) təxminən min ton hərbi sursat göndərdi. Almaniya Reyxin keçmiş müttəfiqlərinə beş min işlənmiş dəbilqə və krematoriyası olan bir xəstəxana bağışladı. Ukraynalılar döyüş hayqırtıları qoparırlar, müharibə isə başlamır ki, başlamır...
ABŞ görünməmiş addımlar atır: Ukraynadakı səfirliyini boşaldır və müttəfiqlərini inandırmağa çalışır ki, onlar da öz səfirliklərini boşaltsınlar. Vətəndaşlarına Ukraynaya getməyi qadağan edir və bu ölkədə olanlara isə tez bir zamanda oranı tərk etməyi tövsiyə edir. Rusiyanın hücum planı ilə bağlı onlarla xəritə dərc edir, özündən tarix təyin edir. Müharibə isə başlamır ki, başlamır...
Zelenskini və onun nazirlərini təpikləməyə başlayır. Onlar da dərhal bəyan edirlər ki, guya "Moskva ordusu"nun Ukrayna sərhədində necə diş qıcadığını görürlər. Amma ertəsi gün özləri özlərini təkzib edərək bildirirlər ki, "heç bir təhlükə yoxdur" və hələlik "onlara hücum edən olmayıb". Elə həyasızlaşıblar ki, ABŞ prezidentindən "investorları qorxutmamaq və iqtisadi göstəriciləri pisləşdirməmək üçün vəziyyəti gərginləşdirməməyi" xahiş edirlər. Guya investorları və iqtisadiyyatları var.
ABŞ və britaniyalılar sığorta şirkətlərinin köməyi ilə Ukrayna üzərində hava məkanını bağlayır, hərbi müşavirləri və təlimatçıları evakuasiya edir, nəzarətində olan oliqarxların və SOROS fəallarının ölkədən qaçmasını stimullaşdırırlar. Bayden Zelenskiyə zəng vuraraq "Rusiya hücumundan" dərhal sonra ona "güclü dəstək" vəd edir. Ancaq hələ də müharibədən səs-soraq yoxdur. Və Zelenski Baydendən Ukraynaya gəlməsini, Kiyevdən daha çox Vaşinqtondan görünən bu işğalın birbaşa yerini göstərməsini tələb edir.
Görünür, Vaşinqton bunun sonsuza qədər davam edə biləcəyini anlayıb və məsələni özü həll etmək qərarına gəlib. Bu dəfə amerikalılar elan edilmiş "işğalın dəqiq tarixləri" (15, 16 və 22 fevral) ilə yanaşı, onun ssenarisini də düzüb-qoşdular. Onlar iddia edirlər ki, hər şey hansısa (təbii ki, "Rusiya tərəfindən təşkil olunan") yad bayraq altında dəhşətli qanlı təxribatla başlayacaq. Bundan sonra Rusiya guya iki gün ərzində ukraynalıları raket hücumları və bombardmanlarla məhv edəcək. Və yalnız bundan sonra sərhəddə uzun müddətdən bəri gözləyən "ordu" boşalmış ölkəyə girəcək.
Lavrov dərhal reaksiya verdi və "anqlosakslar söz verirlərsə, deməli, yerinə yetirəcəklər" sözləri ilə rus diplomatlarının Kiyevdən qismən təxliyəsi ehtimalını təsdiqlədi. Və bu doğrudur.
Mənə bir şey aydın deyil. Amerikalıların yalançı bayraq altında necə "Rusiya təxribatı" təşkil edəcəklərini başa düşmək olar: özləri nəyisə partladacaqlar, sonra da bunu Rusiyanın üstünə yıxacaqlar. Yaxşı bəs onlar Ukraynanın Rusiya tərəfindən iki günlük bomba və raket hücumlarına məruz qalmasını necə təşkil edəcəklər?
Doğrudanmı bu məqsədlə Avropaya yerləşdirilən iki "Boeing 57" təyyarəsindən, Polşa və Rumıniyadakı raket bazalarından istifadə edəcəklər? Axı hərbçilər hansı raketin haradan uçduğunu biləcəklər, üstəlik, raket bazaları elə eyni "İskəndər"lər (Kalininqraddan) və "Zirkon"lar (Rusiya Federasiyasının Qara Dəniz Donanmasında xidmət edən bomba daşıyan gəmilər) qarşısında çox həssasdır.
Yeri gəlmişkən, Amerikanın son hərəkətlərinin ilk effekti artıq özünü göstərir. Ukraynalılar Rusiyaya kütləvi şəkildə zəng etməyə başlayıblar, maraqlanırlar ki, müharibə başlamamışdan əvvəl hər hansı bir şəkildə "əsir düşmək" (məsələn, iri tikintilərdə) mümkündürmü?
Vaşinqton bircə şeyə əl atmayıb: Hollivudu bu işə cəlb edərək Moxave səhrasında "Rusiyanın Ukraynaya təcavüzü" haqqında sənədli film çəkmək. Halbuki bir güllə ilə iki dovşan vurmaq olardı: həm Rusiyaya qarşı sanksiya tətbiq etmək, həm də orijinal ssenariyə görə "Oskar" almaq.
Müəllifin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.