BAKI, 14 fevral — Sputnik. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə fiziki və hüquqi şəxsləri abidələrə müdaxilədən çəkindirmə amillərinin gücləndirilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub.
Bildirilib ki, insanları abidələrə zərər vurmaqdan çəkindirmək üçün CM və İXM-də abidələrin bərpası və konservasiyası üzrə vahid siyasətin yeridilməsi məqsədilə qanun pozuntularının abidəyə ziyanvurma dərəcəsinə, ziyanın bir və ya bir neçə şəxs tərəfindən vurulmasına, belə pozuntuya birinci dəfə və ya təkrar yol verilməsinə uyğun təsnifatlaşdırılması, məsuliyyət müddətinin artırılması və cəza tədbirlərinin sərtləşdirilməsi təklif olunur.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəyyən hissəsi sındırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.