HADİSƏ

Şəkidə ağır qəza, ölənlər var - FOTO

Körpüdən aşan maşından çıxarılan üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sputnik
BAKI, 13 fevral - Sputnik. ŞƏkidə ağır qəzada ölənlərin sayı artdı.
Sputnik Azərbaycan-ın məlumatına görə, 2018-ci il təvəllüdlü Məmmədov Eldar Elman oğlu reanimasiyada dünyasını dəyişib. Nəticədə ölənlərin sayı üçə çatıb. Digər 2 nəfərin də vəziyyəti ağır olaraq qalır.
--------
17:41
Şəkidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Oraban kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "Renault Megane" markalı avtomobil Daşağıl körpüsündə yoldan çıxaraq dərəyə yuvarlanıb.
Şəkidə yol-nəqliyyat-hadisəsi
Sürücü və avtomobildə olan bir nəfər azyaşlı hadisə yerində ölüblər. İki nəfər isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölən və yaralıalrın şəxsiyyəti məlum olub. Sürücü - 1994-cü il təvəllüdlü Məmmədov Elmar Eldəniz oğlu, sərnişini 2003-cü il təvəllüdlü İsmayılova Xədicə Ağəli qızı həlak olublar.
Məmmədova Günel Ağəli qızı (1991), Məmmədov Eldar Elman oğlu (2018), Məmmədov Elmin Eldəniz oğlu (1999) hazırda xəstəxanadadırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.