HADİSƏ

Qəbələdə mağazalar yandı - VİDEO

“Bazar ərazisi” adlanan hissədə mağazalar yanıb.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Qəbələdə güclü yanğın olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yanğın Vəndam qəsəbəsindəki “Bazar ərazisi” adlanan hissədə başlayıb.
Oradakı bir-birinə bitişik 11 mağaza yanıb. Hadisə yerinə yanğınsöndürən maşınlar və xeyli canlı qüvvə cəlb edilib. Alovun lokallaşdırılması istiqamətində işlər aparılıb və tez bir zamanda yanğın ram edilərək söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.