BAKI, 13 fevral - Sputnik. Ötən gecə ölümlə nəticələnən bir neçə qəza olub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili yolu keçən piyadalar - 1984-cü il təvəllüdlü Nəsirova Türanə Elsevər qızını və onun 14 yaşlı oğlunu vurub. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, uşaq aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada ölüb. T.Nəsirovanın vəziyyəti ağır olaraq qalır.
Daha bir qəza Bakı-Şamaxı-Yevlax avtomobil yolunun yolunun Ağdaşın Zeynəddin kəndi ərazisindən keçən hissəsində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Xocalı sakinləri olan Salahov Nazim Hüseyn oğlu, Muradov Kərəm Mürşüd oğlu, Muradova Əsli Qurban qızı xəstəxanaya aparılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq Nazim Salahov Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüb
Qəzalarla bağlı araşdırmalar aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.