BAKI, 13 fevral — Sputnik. Yüksək antioksidan təsirə malik olan, immun sistemini gücləndirən turp müxtəlif vitaminlərlə zəngindir.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, E, A, C, K və B6 vitaminləri, kalsium, fosfor, maqneziumla zəngin olan turp virus və mikroblara qarşı orqanizmdə inanılmaz bir müqavimət formalaşdırır.
Bağırsağın və ürəyin normal fəaliyyətini tənzimləyir
Turp həzm sistemi üçün faydalıdır, bağırsaqların normal fəaliyyətini tənzimləyir. O həmçinin ürəyin normal fəaliyyətinə də müsbət təsir edir, qaraciyəri gücləndirir. Artıq çəkidən əziyyət çəkənlərə daha çox turp yemək tövsiyə olunur. Turp qanda şəkərin miqdarını tənzimləyir, həmçinin dəri üçün də çox faydalıdır, vaxtsız qocalmanın qarşısını alır.
Xərçəngə qarşı da turp əsas silahlardan biridir
Antioksidan təsirə malik olan turp vücudda yaranabiləcək xərçəng hüceyrərləri ilə mübarizə aparır, orqanizmi qoruyur.
Türkiyəli mütəxəssislər deyir ki, turpun əsas faydalarından biri də öskürəyi qısa müddətdə kəsməsidir. Həkimlər bunun üçün xüsusi respet təqdim ediblər:
Turpun üst qismi kəsilir, oyulur, 1 çay qağışı bal həmin hissəyə əlavə olunur. Bir gecə bu vəziyyətdə saxladıqdan sonra hər gün daxilə qəbul edilir. Bir neçə gün bu qarışığı daxilə qəbul etmək məsləhətdir.