AZƏRBAYCAN XƏBƏRLƏRİ

Külək Goranboyda kəndliləri şama möhtac qoydu - FOTO

Rayonun altı yaşayış məntəqəsi bir neçə saatdır elektrik enerjisiz qalıb
Sputnik
BAKI, 13 fevral — Sputnik. Güclü külək, qısa müddətli yağış Goranboyda bir neçə kəndi işıqsız qoyub.
Sputnik Azərbaycan xəbər verir ki, rayonun Boluslu, Məşədiqaralar, Eyvazallar, Nərimanlı, Zeynallı, Balakürd kəndlərinə təxminən saat 20 radələrindən elektrik enerjisının verilişi dayanıb.
Küləyin təsirilə ağac budaqlarının naqillərə toxunması səbəbindən baş verən qəzalar saatlardır yaşayış məntəqələrini işıqsız qoyub.
Goranboyda küləyin fəsadları
Goranboyun Boluslu kənd sakinləri Sputnik Azərbaycan-a bildiriblər ki, yaşayış məntəqəsində enerji verilişində fasilələr tez-tez olur. Bir az külək olan kimi Boluslu sakinləri gecəni şam işığında keçirməyə məcbur qalırlar. Qeyd edək ki, hazırda Goranboyda küləyin sürəti azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.