CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənubi Qafqazın hər üç ölkəsində zəlzələ oldu - VİDEO

Sputnik
BAKI, 13 fevral - Sputnik. Cənubi Qafqazın hər üç ölkəsində, Azərbaycanda, Gürcüstanda və Ermənistanda zəlzələlər olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb.
Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Mingəçevir və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub.
Gürcüstanda, Tbilisidən 58 km aralıda Sameba kəndində (Samsxe-Cavahetiya) 6.2 bal gücündə zəlzələ olub. Zəlzələ səbəbindən hətta mobil rabitənin işində pozuntular var. Təkanlar Tbilisidə yerli vaxtla 22:25-də çox aydın hiss olunub. Gürcüstanda zəlzələninmaqnitudası öncə 5,8 göstərilsə də, sonradam Milli Seysmik Monitorinq Mərkəzi onun 6,2 olduğunu bildirib.
Ermənistanda isə Gümrüdən 43 km şimal-şərqdə 5.3 bal gücündə zəlzələ olub. Bəzi yerlərdə elektrik enerjisi kəsilib, insanlar küçələrə axışıblar. Zəlzələ Yerevanda da hiss olunub.
Ermənistanın FHN-i isə məlumat yayıb ki, Gürcüstanla sərhəddə 6-7 bal gücündə zəlzələ olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.